%16$s %17$s (bundan sonra "Huawei", “biz”, “bizə” və ya “bizim” adlandırılacaq) tərəfindən təmin olunan xidmətdir. Huawei şəxsi məlumatlarınıza və məxfiliyinizə ciddi yanaşır və şəxsi məlumatlarınızı müvafiq qanun, habelə müəyyən edilmiş sənaye təhlükəsizliyi standartlarına uyğun olaraq qorumaq üçün müvafiq təhlükəsizlik tədbirləri görmək öhdəliyi daşıyır.

Bu Bildirişdə aşağıdakılar təsvir edilir:

1 Haqqınızda hansı verilənləri toplayırıq?

2 Verilənlərinizi necə istifadə edirik?

3 Verilənlərinizi nə qədər saxlayırıq?

4 Verilənlərinizi necə paylaşırıq?

5 Hüquq və seçimləriniz nələrdir?

6 Bizimlə necə əlaqə saxlamalı?

7 Bu Bildirişi necə yeniləyirik?

1 Haqqınızda hansı verilənləri toplayırıq?

Optimallaşdırıcı xidmətinin bir hissəsi olaraq şəxsi məlumatlarınızı yalnız bu Bildirişdə təsvir edilən aşağıdakı məqsədlər üçün toplayacaq və istifadə edəcəyik: Şəxsi məlumatlar dedikdə Huawei-ə sizi istifadəçi kimi müəyyən etmək imkanı verən istənilən məlumatlar nəzərdə tutulur.

Aşağıdakı verilənləri toplayacaq və emal edəcəyik:

Sizi Xidmətlər ilə təmin etmək üçün Optimallaşdırıcı İnternetə giriş imkanı, habelə telefonunuzda quraşdırılmış proqramların siyahısını oxumaq və virus skanlanması aparmaq üçün Proqram siyahısı icazəsi tələb edir.

Sistem icazələrinizi sistem Parametrlərindən idarə edə bilərsiniz.

2 Verilənlərinizi Necə İstifadə Edirik?

Sizi Optimallaşdırıcı xidmətləri ilə təmin etmək və müqavilə öhdəliklərini yerinə yetirmək məqsədilə Huawei virus skanlanması məqsədləri üçün şəxsi məlumatlarınızı toplayacaq və istifadə edəcək:

Məlumatlar aşağıdakı qaydada istifadə edilir:

Aşağıdakı 5 saylı Bölmədə təsvir edilən qaydada bu cür emala etiraz edə bilərsiniz.

3 Verilənlərinizi nə qədər saxlayırıq?

Şəxsi məlumatlarınızı bu Bildirişdə müəyyən edilən məqsədlər üçün vacib olduğu müddətdən artıq saxlamayacağıq.

Optimallaşdırıcı ilə əlaqədar olan şəxsi məlumatlarınızın xüsusi saxlama müddəti aşağıda müəyyən edilib:

Saxlama müddəti bitdikdən sonra qanun və tənzimləmələrə əsasən tələb edilmədiyi halda şəxsi məlumatlarınızı vaxtında siləcək və ya anonimləşdirəcəyik.

%56$s

%57$s

%58$s

%62$s

%63$s

5 Hüquq və seçimləriniz nələrdir?

Sizin məlumatlarınıza daxil olmaq və onları silmək, habelə məlumatlardan istifadə ilə bağlı razılığınızı geri çəkmək hüququnuz var. Məlumat subyekti hüquqlarınız haqqında sual, şərh və ya təklifləriniz olarsa, bu Bildirişin 6 saylı Bölməsindəki əlaqə məlumatlarından istifadə edərək bizimlə əlaqə saxlayın və hüquqlarınızdan istifadə edin. Huawei Consumer Business Məxfilik Bildirişinə istinad etməklə də daha çox məlumat əldə edə bilərsiniz.

6 Bizimlə necə əlaqə saxlamalı?

Məxfilik hüquqlarınızdan istifadə etməlisinizsə, şikayət təqdim etməlisinizsə, yaxud məxfiliyin mühafizəsi haqqında Verilənlərin Mühafizəsi üzrə Məsul Şəxsimizlə məsləhətləşməlisinizsə, %55$s səhifəmizə baş çəkin.

Aİ/AİZ ərazisində yaşayan istifadəçisinizsə, consumer_privacy_eu@huawei.com ünvanına yazaraq Huawei Technologies Düsseldorf GmbH-dəki xüsusi nümayəndəmizlə əlaqə saxlaya bilərsiniz. Ünvan: Hansaallee 205, 40549 Düsseldorf, Almaniya.

Ünvanımız: Huawei Device Co., Ltd., No. 2 Xincheng Road, Songshan Lake Zone, Donqquan, Quandun Əyaləti, Çin. Poçt kodu: 523808. Vahid sosial kredit kodu: 914419000585344943.

Huawei-in şəxsi məlumatlarınızı bu Bildirişə və ya verilənlərin mühafizəsi üzrə müvafiq qanunlara uyğun olaraq emal etmədiyini hesab etsəniz, ölkənizdəki/regionunuzdakı verilənlərin mühafizəsi üzrə yerli orqana, yaxud Çin Kiberməkan Administrasiyasına şikayət təqdim edə bilərsiniz.

7 Bu Bildirişi necə yeniləyirik?

Bu Bildirişi vaxtaşırı yeniləyə biləcəyimiz üçün proqram parametrlərində onun ən son versiyasını müntəzəm olaraq yoxlamağınızı tövsiyə edirik. Bu Bildirişə ciddi dəyişikliklər edildiyi təqdirdə, dəyişikliyin mahiyyətindən asılı olaraq sizə bildiriş dialoqları, məlumatlandırıcı mesajlar, e-poçtlar və digər vasitələrlə bildirəcəyik.

MÜHÜM: Bu məxfilik bildirişi Optimallaşdırıcının məxfilik öhdəliyindən ibarətdir. Daha çox məlumat üçün %54$s bölməsini oxuyun.